patriotnews.az
http://patriotnews.az

Tibb müəssisələrinin beynəlxalq standartlara uyğunluğunun dəyərləndirilməsi ilə əlaqədar görüş keçirilib

28-01-2025, 15:35 Baxılıb: 32

TƏBİB-in tabeliyindəki bir sıra tibb müəssisələrində kəskin insult kliniki diaqnozu ilə hospitalizasiya olunan xəstələrə keyfiyyətli tibbi xidmətlərin təşkili istiqamətində beynəlxalq standartlara uyğunluğun yerində dəyərləndirilməsi həyata keçirilib.

Bu məqsədlə TƏBİB-in İxtisaslı tibbi xidmətin təşkili departamentinin təşkilatçılığı ilə Ümumdünya İnsult Təşkilatının (ÜİT) rəsmi nümayəndəsi (ekspert) Axel Kohlmetz ölkəmizə dəvət edilib və onunla birgə Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Sumqayıt Tibb Mərkəzinin 2 saylı Şəhər Xəstəxanası və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan A.Səhhət adına xəstəxanaya Gəncə ŞBX) ziyarətlər təşkil olunub. Ziyarətlərin ilkin mərhələsində ekspert müəssisənin rəhbərliyinə və aidiyyəti tibb personalına ÜİT-nın sertifikasiya prosesinin mərhələlərini ətraflı izah edib və sertifikasiya komissiyasının gəlişinə hazırlıq tədbirlərinin görülməsi üçün tövsiyələrini verib.

Bundan başqa, ÜİT-nın rəsmi nümayəndəsi sertifikasiya üçün tələb edilən şərtləri şifahi qaydada əməkdaşların nəzərinə çatdırıb və  insult diaqnozu təyin edilmiş xəstələrə vaxtında müvafiq tibbi yardımın göstərilməsi üçün işin səmərəli təşkili istiqamətində onlara müvafiq tövsiyələrini verib.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
1USD  1.7000
1EUR  1.9277
1GBP  2.2560
100RUB  2.0509
1TRY  0.0444