patriotnews.az
http://patriotnews.az

Nazir: Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq

26-02-2025, 12:06 Baxılıb: 1

Nazir: Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq
Səhiyyə naziri Teymur Musayev plastik cərrahların fəaliyyətinin yoxlanılması ilə bağlı görülən işlər barədə məlumat verib. 
Bu barədə jurnalistlərə açıqlama verən nazir xatırladıb ki, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət Komissiyası yaradılıb.
O qeyd edib ki, indiyə qədər komissiyanın beş iclası keçirilib:
"Ümumilikdə, 96 plastik cərrahiyyə mütəxəssisi sənədlərini təqdim edib. Bu iclaslarda 40 plastik cərrahın sənədləri araşdırılıb, onlar dəvət olunub və tam şəffaf şəkildə müvafiq yoxlamalar aparılıb. Təftiş komissiyasının fəaliyyətinin sonunda Səhiyyə Nazirliyinin rəsmi saytında plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq".
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30