1-ci Şəhidlər Xiyabanında Mehdi Hüseyin 1 ünvanda yerləşən, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon şöbəsinin ofisində tədbir keçirildi. Əsas müzakirə Şəhidlərin bizə əmanət edilmiş ailələrinin, sosial vəziyyətlərinin öyrənilməsi, şəhidlərin məzarlarının ziyarət edilməsi, işağldan azad edilmiş ərazilərimiz. Yeni köçmüş əhali ilə adabtasiya olunmaları məqsədi ilə görüşlərin keçirilməsi, şəhid qəbirlərinin abadlaşdırılması və şəhid anaları ilə görüş olacaq. Layihənin ilk tədbiri əsasən təqdimat və müzakirə xarakterli söhbətlərlə müşahidə edildi.
1992-ci ildən bəri şəhid olmuş vətən övladlarının unudulmaması üçün təbliğat işlərinin vacibliyini vurğulayan QHT rəhbərləri və şəhid ailələrinin haqlı narazılğını layihənin icrası ərəfəsində nəzərə almağa söz verdik. Biz öz şəhidlıərimizin unutmamalıyıq. Şəhidlərin yad edilməsi üçün məmurdan və ya kimdənsə inciməkdən əvvəl özümüz vəfa borcumuzu bilməliyik.
Tədbirdə iştirak edən QHT rəhbərləri də eyni təkliflərlə çıxış etdilər.
Tədbirdə iştirak edən QHT lər əsasən hərb yönümlü təşkilatlar idi.
1. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail Rayon şöbəsinin sədri Fəqan Nəsibzadə.
2. Asif Ata Ocağının sədri Düzgün Atalı
3. Beynənmiləlçi Əlil Döyüşçülər Fondunun sədri Səffar Orucov
4.Ailələrə Sosial Dəstək ictimai Birliyinin sədri Elmira Rəhimova
5.DELÜKS Kaqo Şirkətinin təəssisçisi və rəhbəri müharibə veteranı Solmaz Zeynalova
6.“CIDIR” Turizm Şirkətinin rəhbəri Firəngiz Əkbərova
Tədbirdə iştirak edən
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.