Gəncəli idmançı Afrikalı atletlə ailə qurdu
İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva evlənib.
Prtriotnews.az xəbər verir ki, 22 yaşlı paraatlet Cənubi Afrika Respublikasından olan idmançı ilə ailə həyatı qurur.
Dördqat dünya çempionumuz artıq əcnəbi atletlə Bakıda nikaha da daxil olub. Lakin cütlüyün toy mərasimi hələlik keçirilməyib. Bunun yaxın vaxtlarda olması planlaşdırılır.
Atası Rövşən Vəliyev məlumatı təsdiqləyib və qızının cənubi afrikalı idmançı ilə ailə qurmağa hazırlaşdığını deyib.
Qeyd edək ki, Lamiyə Vəliyeva əslən Gəncəlidir.