İğdırda ağır qəza: Naxçıvandan olan 5 nəfər yaralanıb
Türkiyənin İğdır vilayətində ağır avtoqəza olub.
"Report"un yerli bürosu xəbər verir ki, İğdır-Aralıq magistralının Daşburun kəndi yaxınlığında səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi zamanı 68-CA-524 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə zamanı Naxçıvandan olan 1-i ağır olmaqla 5 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.