AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin “Nizamişünaslıq” elmi əsərlər jurnalının 10-cu nömrəsi çapdan çıxıb
Üz qabığı yeniləşmiş dizayn ilə buraxılmış jurnalın bu nömrəsində Azərbaycan, Türkiyə və İrandan 20 müəllifin məqaləsi dərc edilib. Məqalələr dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edir.
“Nizamişünaslıq” jurnalına Azərbaycan dili ilə yanaşı ingilis, rus, türk və başqa dillərdə də məqalələr qəbul edilir.
Jurnalın redaksiya heyətində Azərbaycanın və dünyanın görkəmli nizamişünas alimləri yer alıblar.
İldə iki dəfə nəşr olunan jurnalın redaktoru AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarovdur.
@Patriot News.az