patriotnews.az
http://patriotnews.az

Özbəkistan, Misir, İordaniya, Rusiya, Kipr, İraqdan olan pediatrlar bir araya gəliblər

25-11-2024, 16:30 Baxılıb: 24

 

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasının rəhbəri Səbuhi Həsənov və xəstəxananın Təcili yardım şöbəsinin müdiri Anar Məmmədov Türkiyənin Antalya şəhərində 68-ci Türkiyə Milli Pediatriya Konqresi və 1-ci Beynəlxalq Türk Milli Pediatrlar Dərnəyi Konqresinin təşkili etdiyi konfransda iştirak edib. Konfransda Türkiyə ilə yanaşı Azərbaycan, İtaliya, Xorvatiya, Ruminiya, Şimali Kipr Türk Respublikası, Özbəkistan, Misir, İordaniya, Rusiya, Kipr, İraqdan olan pediatrlar bir araya gəliblər. 

Qeyd edək ki, konfransın keçirilməsinin əsas məqsədi uşaqların sağlamlığı kimi vacib məsələlərdə elmi-tədqiqat potensialını təkmilləşdirmək və uşaqların müasir, yüksək keyfiyyətli, effektli müalicə metodları ilə tanış olmaq, beynəlxalq təcrübədən yararlanmaq, sürətlə inkişaf edən tibbin tələblərinə uyğun müalicə metodlarının tətbiqi üzrə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30