patriotnews.az
http://patriotnews.az

ADAU tələbəsi Rusiyanın Gənclər və Tələbə Turizmi Proqramının təqdimatında iştirak edib

28-11-2024, 19:57 Baxılıb: 9

 

Bakıda Rus Evində Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin Gənclər və Tələbə Turizmi Proqramının təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının sədr müavini Samir Quliyev də iştirak edib.

Proqramın məqsədi ikitərəfli əməkdaşlıq qurmaq və beynəlxalq istiqaməti genişləndirməkdir. Tədbir iştirakçılarını Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov qarşılayıb. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Dövlət Gənclər Siyasəti və Təhsil Fəaliyyəti Departamentinin Gənclərin Beynəlxalq Əməkdaşlığı və Turizmi Departamentinin rəis müavini Konstantin Malışev və Studturizm Proqramının PR xidmətinin mütəxəssisi Anastasiya Lenets proqramın məqsədləri və “studenturism.rf” platformasının funksionallığı haqqında ətraflı məlumat təqdim ediblər.      

      

  

@Patriot News.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930