patriotnews.az
http://patriotnews.az

“Tamstore” marketlər şəbəkəsinin Ağstafada ilk mağazası əhalinin istifadəsinə verilib .

3-12-2024, 15:55 Baxılıb: 4

 

PatriotNews.az-ın Qərb bölgəsinin məlumatına görə, Ağstafa şəhəri, Rafiq Alıcanov küçəsində yerləşən marketin istifadəyə verilməsi münasibəti ilə təşkil olunan mərasimdə Ağstafa RİH başçısı Seymur Orucov, “Tamstore” MMC-nin baş icraçı direktoru Ceyhun Yusubov,  Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə fasiləsiz olaraq 24 saat ağstafalılara xidmət göstərəcək marketin rəsmi açılış mərasiminə özəl 100 məhsulda tam 50% endirim kampaniyası təqdim olunur. 
 Mağazada, o cümlədən təzə ət və ət məhsulları, şirniyyat bölməsində istehsal olunan müxtəlif çeşiddə şirniyyat növləri istehlakçılara təklif olunur.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031