Gəncə şəhəri Nizami prospektinin küçə işıqlarında zədələnmiş kabellər bərpa edilib.
Patriot News.az-ın Gəncə bürosunun məlumatına əsasən , Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin İşıqlandırma şöbəsi şəhərin küçə və prospektlərində, park və xiyabanlarında, həmçinin yaşayış massivlərində təmir işlərini davam etdirir. Belə ki, şəhər ərazisində köhnə plafonlar dəyişdirilir, lampalar daha müasir qənaətli, eləcə də işıqlandırma sahəsi daha geniş olan yeni LED lampaları ilə əvəzlənirlər. Bundan başqa ehtiyac duyulan yerlərə yeni dirəklər basdırılır, müasir gecə işıqlandırma sistemi çəkilir. Elə şəhərin Nizami Gəncəvi prospektində həyata keçirilən təmir işləridə bu qəbildən sayılır. Prospektin mərkəzi hissəsində yolun bir tərəfindəki kabelin zədələnmiş hissəsində mövcud nazaslıq aradan qaldırılıb və istismar müddəti bitən, işləməyən lampalar yeniləri ilə əvəzlənib. Anoloji təmir işləri Atatürk prospektində və İmamzadə Ziyarətgah Kompleksi yolunda da həyata keçirilib. Qeyd edək ki, MKTİB-nin İşıqlandırma şöbəsi tərəfindən Gəncə şəhər ərazisində aparılan bu kimi işlərin məqsədi, piyadaların və avtomobillərin gecə saatlarında təhlükəsiz hərəkətinin təmin edilməsidir.