patriotnews.az
http://patriotnews.az

Respublika Fənn Olimpiadası ilə bağlı maarifləndirici görüş keçirilib.

5-12-2024, 09:17 Baxılıb: 5

 

Goranboy-Naft alan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə Respublika Fənn Olimpiadalarına qeydiyyat və hazırlıqla bağlı məlumat xarakterli görüş keçirilib. 

Görüşdə Respublika Fənn Olimpiadaları barədə ətraflı məlumat verilib, şagirdlərin düzgün istiqamətləndirilməsinin vacib olduğu qeyd edilib. 

Şagirdlər 9 dekabr tarixinədək https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək, "Müsabiqə və olimpiadalar" bölməsində müvafiq elektron xidmətlərdən faydalana bilərlər.

Respublika Fənn Olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil almağa marağı artırmaq, onların özünə inamını gücləndirmək, fənlər üzrə istedad və yaradıcı təfəkkürü aşkar edərək şagirdlərin potensial imkanlarını inkişaf etdirmək və ixtisas seçiminə hazırlıq yaratmaqdır.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30