Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbula start verilib
Bu gündən etibarən şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start verilib.
İdman və yaradıcılıq sahələri üzrə dərnək və qruplara elektron qəbul prosesi valideynlər tərəfindən portal.edu.az saytı vasitəsilə aparılır.
Qeyd edək ki, elektron qəbul ilk olaraq 20 məktəbdənkənar təhsil müəssisəsində pilot olaraq həyata keçirilir.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrindən pilot olaraq Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində şagirdlərin qəbulu elektron qaydada həyata keçirilir.
@Patriot News.az