patriotnews.az
http://patriotnews.az

Mərkəzi Qan Bankının Gəncə bölməsi fəaliyyətini PHŞ olaraq davam etdirəcək

26-11-2024, 14:02 Baxılıb: 0

 

Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan büdcədən maliyyələşən elmi-tədqiqat institutları siyahısından bir neçə qurum çıxarılıb ki, onlardan biri də Mərkəzi Qan Bankının Gəncə bölməsidir.

Qərara əsasən, həmin qurumlar publik hüquqi şəxs statusunda Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil ediliblər. Qeyd edək ki, Prezident İlham Əliyevin 16 iyul 2024-cü il tarixli fərmanına əsasən, Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” publik hüquqi şəxs yaradılıb.

@Patriot News.az







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930