Goranboy rayonu Qazançı kəndində, vətəndaş müraciətləri əsasında yerində araşdırmalar aparılmışdır və mövcud problemlər aradan qaldırılmışdır.
Patriot News.az-ın bölgə müxbiri xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti başçısının Qazançı kəndində keçirdiyi vətəndaşların səyyar qəbulu zamanı, kənd sakinləri Əliyeva Gülöyşə Bəylər qızının, elektrik naqillərinin qəzalı vəziyyətdə olması və Sarıyev Ərəstun Gəray oğlunun fərdi yaşayış evinin elektrik xəttinə qoşulması ilə bağlı müraciətləri, rayon İcra Hakimiyyənin, rayon Elektrik Şəbəkəsinin məsul əməkdaşlarının və vətəndaşların birgə iştirakı ilə yerində araşdırıldı və Elektrik Şəbəkəsi tərəfindən elektrik naqillərində yaranmış nasazlıqlar aradan qaldırılmışdır.