Məktəbəqədər və ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesi yekunlaşıb.
Payız-qış mövsümü ilə əlaqədar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesi yekunlaşıb.
Regional idarənin tabeliyində fəaliyyət göstərən 192 müəssisə qazla (8 müəssisə eyni zamanda Azəristiliktəchizatla), 28 müəssisə dizellə, 125 müəssissə odunla qızdırılır.
Qeyd edək ki, istilik sistemlərində mövcud və yaxud yarana biləcək problemlərin həlli istiqamətində görülən işlər mövsümboyu davam etdirilir. @Patriot News. az