patriotnews.az
http://patriotnews.az

Avropa Liqası: "Qarabağ"ın Fransa klubu ilə oyununun hakimləri müəyyənləşib

26-11-2024, 13:20 Baxılıb: 2

Avropa Liqası: "Qarabağ"ın Fransa klubu ilə oyununun hakimləri müəyyənləşib

Bakıda "Qarabağ" və Fransanın "Lion" komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçının təyinatları müəyyənləşib.

Qarşılaşma Serbiyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Nenad Minakoviç idarə edəcək.

Baş hakimin köməkçiləri Nikola Boroviç və Başko Bozoviç olacaq. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.

VAR-da Momçilo Markoviç, AVAR-da Novak Simoviç əyləşəcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30