patriotnews.az
http://patriotnews.az

Şəmkirdə gənc oğlan hamamda yandı

22-03-2025, 18:00 Baxılıb: 1

Şəmkirdə gənc oğlan hamamda yandı

Şəmkirdə gənc oğlan yanıq xəsarətləri alıb.

Hadisə rayonun Tatarlı kəndində baş verib. Kənd sakini 2002-ci il təvəllüdlü N.Yusifov, fərdi yaşayış evinin hamam otağında çimərkən hamam otağında kustar üsulla hazırlanmış peçdə ani alışma baş verib. Nəticədə gənc oğlan yanıq xəsarətləri alıb. Xəsarət alan şəxs Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı ona sifətin, gövdənin ön səthin, yuxarı və aşağı ətrafların 2-3 dərəcəli termiki yanığı diaqnozu təyin edilib, onun vəziyyəti orta-ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30