“Həkimlərimizi tanıyaq” rubrikasımızdan Mirzə Abbaszadə Ailə Sağlamlıq Mərkəzinin həkim-pediatrı Bəsti Əhmədovanı yaxından tanıyaq.
Əhmədova Bəsti Yadulla qızı 21 fevral 1964-cü ildə Samux rayonunda anadan olub. 1982-1988-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.
1989-1990-cı illərdə Daşkəsən rayon Quşçu qəsəbə xəstəxanasında fəaliyyət göstərib. Daha sonra fəaliyyətini 1991-1993-cü illərdə Samux rayon Mərkəzi Xəstəxanasında, 1993-2021-ci illərdə isə Gəncə şəhər 2 saylı Uşaq poliklinikasında (hazırkı Akademik Z.Məmmədov adına xəstəxananın Uşaq poliklinika bölməsi) sahə həkimi-pediatr kimi davam etdirib.
Bəsti Əhmədova 2021-ci ildən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan M.Abbaszadə Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-pediatr olaraq çalışır.
Patriot News.az