patriotnews.az
http://patriotnews.az

Göygöl rayonunda “Yeniyetmə və gəncləri dini radikal təsirlərdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.

7-12-2024, 09:42 Baxılıb: 6

 

Patriot News.az-ın bölgə müxbiri xəbər verir ki , Göygöl Rayon İcra Hakimiyyətinin  və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin birgə təşkilatçılığı ilə  “Yeniyetmə və gəncləri dini radikal  təsirlərdən qoruyaq”   mövzusunda maarifləndirici tədbir keçirilib. Keçirilən tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının nəzdində daimi fəaliyyət göstərən “Dini İşlər üzrə Komissiya” nın sədri                                                                             Kəmalə İbrahimova, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Babək Rəsulov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinin aparıcı məsləhətçisi Orxan Seyidov, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, rayon ağsaqqalları və gəncləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı səmərəli mübarizə metodları barədə ətraflı məlumat verməklə yanaşı, belə bir mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, Respublikamızın nəinki regionun, hətta dünyanın ən sabit ölkələrindən biri olduğunu vurğulayıblar Yeniyetmələrin yad ideologiyaların təsiri altına düşməməsi üçün valideynlərin onların üzərində nəzarəti artırmasının vacibliyini qeyd edən  çıxışçılar, gənclərin radikal dini təriqətlərin təsiri altına düşməsinin qarşısının alınmasında  bütün sağlam qüvvələrin səfərbər olunmasını prioritet məsələ kimi qeyd ediblər.
Çıxışlardan sonra   iştirakçılarının sualları cavablandırılıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30