Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 17 ümumi təhsil müəssisəsində Peşə Təmayüllü Siniflər in təşkili layihəsi icra olunur.
“Peşə təmayüllü siniflərin təşkili” layihəsinin məqsədi ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.
Məlumat üçün qeyd edək ki, peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnəcəklər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edəcək.
Fotolar Samux rayon Sərkar kənd N.Gəncəvi adına tam orta məktəbdə fəaliyyət göstərən Peşə təmayüllü siniflərdəndir.@Patriot News.az