patriotnews.az
http://patriotnews.az

Əmək və əhalinin sosial müdafiə Nazirliyinin apardığı son islahatlar bu dəfə ehtiyyatda olan hərbi qulluqçuların pensiyalarının azaldılmasına səbəb oldu

24-11-2024, 20:08 Baxılıb: 102

 

Son zamanlar əmək pensiyası alan təqaüddə olan hərbi qulluqçuların pensiyalarının aşağı salınması ilə əlaqədar redaksiyamıza çox saylı müraciətlər qəbul olunub.

Belə ki,  hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçuların (əvvəllər hərbi təqaüdçü kimi adlandırıblar,) sonradan isə onlar  əmək təqaüdcüləri kimi adlandırıldılar pensiyalarına məbləğin ciddi azaldılması halları qeydə alınıbdır.

DSMF-nun az bir müddətdə apardığı islahatlar nəticəsində indidə ömrünün 25-30 ilini vətənin keşiyində xidmət aparan hərbi qulluqçuların pensiyalarının azaldılmasına gətirib çıxarıb. 

DSMF-dən redaksiyamıza daxil olan məlumata əsasən, buna əsas səbəb vətəndaşların pensiyalarının  zamanında düzgün hesablanmamaları  göstərilir. 

Nəticədə vətəndaşlar uzun illər ərzində aldıqları pensiyasıyalarının qanuna zidd azaldığını hesab edərək ,DSMF -ə qarşı məhkəmə iddiası ilə çıxış edirlər.

Azərbaycan Respublikası hüquqi dövlət oldugu üçün bu kimi qərarlar  məhkəmələr tərəfindən araşdırılır və  əksər hallarda DSMF qəbul edilən qərarlarının qanuna zidd olmaları haqqında məhkəmə qərarları çıxarılır .
Bütün bunlar onu göstərir ki, aparılan pensiya islahatlarında hələ də boşluqlar var.

Nəticədə insanlara  həm mənəvi, həm də maddi ziyan dəyir.

Patriot News.az

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930